Heç bir işlə məşğul olmasam da, dövlətimiz məni birdəfəlik ödəmə ilə təmin etdi - Ağdamlı məcburi köçkün Prezidentə minnətdardır  

18:14 01.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

Mən ölkəmizin dilbər guşələrindən olan Ağdam rayonunda anadan olmuşam. Mənfur ermənilərə görə elimdən, yurdumdan köçkün düşmüşəm. Hazırda dövlət tərəfindən Mingəçevir şəhərində salınmış Yeni Həyat qəsəbəsində yaşayıram.

İşsiz kimi qeydiyyatda idim. Xüsusi karantin rejimi ilə əlaqədar heç bir içlə məşğul olmasam da, dövlətimiz məni birdəfəlik ödəmə ilə təmin etdi.

Buna, həmçinin koronovirusla mübarizədə həyata keçirilən digər tədbirlərə görə qəsəbəmizin sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Xuduyev Təvəkkül, Ağdam rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.